Ənənəvi aykidonun banisi Morihey Ueşibanın məktəbinin Azərbaycandakı rəsmi nümayəndəliyi
Əziz dostlar, bizim seminar veb səhifəmizə xoş gəlmişsiniz!
Sizləri Aykikay Aykido Klubları İctimai Birliyinin texniki məsləhətçisi Hombu Dojo təlimatçısı Kuribayaşi Şixanın Azərbaycan seminarları səhifəsində salamlamağa ürəkdən şadam. Aykidonu idman adlandırmaq olmaz, tam əksinə bu incəsənətdir. Yaponiyada yaranmış bütün döyüş növləri sanki din, fəlsəfə, onların mənşə anlayışı ilə başlayır. Yaponiya sivilizasiyasını və incəsənətini başa düşən bütün insanlar üçün hansı ki, Aykidonu və ya başqa döyüş növlərini öyrənmək istəyirlər və ya artıq məşğul olurlar yol cox uzun və çətin olacaqdır. Aykido bizi əhatə edən mühit və özümüz ilə harmoniyada yaşamağı öyrədir. Aykidonun mənası budur. Mən əminəm ki, bizim portal Aykido sevənləri bu gözəl sənəti öyrənmək və birləşdirmək üçün etibarlı rabitə kanalı olacaq.
Ən xoş arzularla və hörmətlə,
Sədr İlham Quliyev.

Turkish
日本語
English
Русский
Español
Deutsch
Français
Magyar
Svenska
България
